Bakıda usta iş yerində öldü

14:03 - 16 İyun 2026 - GÜNDƏM

 Bakıda usta iş yerində öldü

Bakıda usta emalatxanada ölüb.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə iyunun 15-də saat 16 radələrində paytaxtın Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşən taxta emalatxanasında qeydə alınıb.

Orada çalışan Ağsu rayon sakini - 1982-ci il təvəllüdlü Balakişi Hacıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

İlkin ehtimala görə, o, ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol