Xəbər verdiyimiz kimi, “Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, faciəvi hadisə iyunun 12-si saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində - Babək prospektində baş verib.
Belə ki, həmin vaxt İman Həsənovun idarə etdiyi “İveco” markalı marşrut avtobusu ilə paytaxt sakini 2002-ci il təvəllüdlü Rövşən Muradovun sürdüyü “Chery” markalı avtomobil toqquşub.
Nəticədə, R.Muradov, sərnişini 2002-ci il təvəllüdlü Məryəm Elxan qızı Məmmədova və avtobusun 3 sərnişini xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardıma baxmayaraq, Məryəm Məmmədova iyunun 15-nə keçən gecə xəstəxanada vəfat edib.
Qeyd edək ki, Məryəmin atası Elxan Məmmədov uzun müddət Gəncə Şəhər İcra Hakimiyyətində məsul vəzifələrdə işləyib. Babası Müsəddin Məmmədov 40 ilə yaxın Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı orta məktəbin direktoru olub.
Məryəm bu gün Gəncədə dəfn edilib.


- Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır
- Bakının əsas prospektləri birləşəcək - Rəsmi
- Məktəbli formasına dair tələblər hüquqi müstəvidə təsbit edilir
- Məhkəmə Əli Kərimli barədə qərar verdi
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı