Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı – 2026” birgə taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib.
“BUTA.TV” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər iştirakçı dövlətlərdən yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Plana uyğun olaraq, əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət himnləri səsləndirilərək dövlət bayraqları qaldırılıb.
Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq, bu cür təlimlərin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından vacib rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.
Qeyd olunub ki, regionda təhlükəsizlik və müdafiə sahəsində üç tərəfdaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsini hədəfləyən bu təlim, bölmələrin döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.


- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq