Baş Prokurorluğun İstintaq İdarəsinin Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın detalları məlum olub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, buna səbəb xüsusilə külli miqdarda qızılın qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinə cəhd edilməsidir.
Əvvəlcədən cinayət niyyəti ilə əlbir olan bir qrup hava nəqliyyatı vasitəsilə ölkəyə milyonlarla dəyəri olan qızıl-zinət əşyaları keçirmək istəyib. Bu işdə qaçaqmalçılara Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisinin müavini İsmayıl Əliyev şərait yaradıb.
Cinayət işi birbaşa Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən nəzarətə götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə halında külli miqdarda qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlk olaraq elə liman rəisinin müavini İsmayıl Əliyev həmin maddə ilə ittiham edilərək həbs edilib.
Xəbəri rus dilində oxuyun: Операция в Главном таможенном управлении - в чем причина?
Bundan əlavə, cinayətlə bağlı idarənin içində xanımlar da olmaqla, başqa əməkdaşları da sorğu-sual edilib, bəziləri istintaqa cəlb olunub. Hazırda iş üzrə geniş ibtidai istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general-mayor Anar Cahangirovdur. Hələlik qurumdan bu hadisə ilə bağlı heç bir açıqlama gəlməyib.
Sail Ağasəlim
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq