Bakının Mərkəzi Parkında bir qrup gəncin velosipedlə təhlükəli hərəkətlər etməsi ətrafdakı vətəndaşların diqqətini çəkib.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, hadisə zamanı gənclər velosipedlə parkın pilləkənlərindən yüksək sürətlə üzüaşağı hərəkət edərək müxtəlif riskli fəndlər nümayiş etdiriblər.
Onların davranışı həm öz həyatları, həm də ərazidə olan digər şəxslər üçün təhlükə yaradıb.
Şahidlərin sözlərinə görə, gənclər velosipedlərlə bir neçə dəfə pilləkənlərdən enərək akrobatik hərəkətlər etməyə çalışıblar. Bu zaman hər hansı qəza qeydə alınmasa da, baş verə biləcək bədbəxt hadisə ehtimalı narahatlıq doğurub.
Sosial şəbəkələrdə yayılan görüntülər də müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bunu ekstremal idman həvəsi kimi qiymətləndirsə də, digərləri ictimai yerlərdə bu cür təhlükəli hərəkətlərin yolverilməz olduğunu bildiriblər.
Sözügedən görüntüləri təqdim edirik:
- Müctəba Xameneinin vəziyyətini - Açıqladı
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq