Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar

16:56 - 9 İyul 2026 - GÜNDƏM

 Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar

Belçikanın Baş naziri Bart De Vever Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona tapança hədiyyə etdiyini bilmədən özü ilə ölkəsinə aparıb.

BUTA.TV” xəbər verir ki, bu barədə yerli “Nieuwsblad” qəzeti məlumat yayıb.

Bildirilir ki, hökumət başçısı aldığı hədiyyə paketini nümayəndə heyətinin üzvlərinə ötürüb. O, hədiyyənin silah olduğunu yalnız Belçikaya qayıtdıqdan sonra aeroportda mətbuatdan öyrəndiyini bildirib.

De Vever hədiyyəni açdıqdan sonra silahı hava limanının polisinə təhvil verib. Hazırda o, aeroportun seyfində saxlanılır.

Bu xəbər hal-hazırda çox oxunur
Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib

Hədiyyənin gələcək taleyinin necə olacağı məlum deyil.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammitinin yekununda Avropa liderlərinə üzərində onların adları həkk olunmuş “Tofak” markalı fərdi tapançalar və döyüş patronları hədiyyə edib.





Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol