Yıxılaraq dünyasını dəyişən şəxs görkəmli alim imiş

17:03 - 9 İyul 2026 - GÜNDƏM

 Yıxılaraq dünyasını dəyişən şəxs görkəmli alim imiş

Bir neçə gün əvvəl yıxılaraq dünyasını dəyişən şəxs Azərbaycanın görkəmli alimi imiş.

BUTA.TV xəbər verir ki, bu barədə Axşam.az saytı yazıb.

Belə ki, görkəmli alim, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əmralı Şirəliyev Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki evində ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə o, ağır xəsarət alıb. Alim xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Samuxda ağır qəza - 3 nəfər öldü - Yenilənib

Qeyd edək ki, 1947-ci il təvəllüdlü Əmralı Şirəli oğlu Şirəliyev 50 ilə yaxın Azərbaycan Dillər Universitetində (ADU) çalışıb. O, 2017-2023-cü illərdə ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol