Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti ölkəni Azərbaycan və Ermənistanla birləşdirən avtomagistralların yeni dördzolaqlı yollarla əvəzlənməsi üzrə beynəlxalq tender elan edib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, ümumi dəyəri 250 milyon avro təşkil edən layihə Avropa İnvestisiya Bankının krediti hesabına maliyyələşdiriləcək.
Yeni avtomagistrallar Rustavi şəhərində başlayacaq, Qırmızı körpü və Sadaxlı istiqamətlərində inşa olunacaq. Layihə üzrə elan edilmiş tenderlə ümumi uzunluğu 61,3 kilometr olan dördzolaqlı yolların tikintisi nəzərdə tutulur.
Hazırda Gürcüstanı Azərbaycan və Ermənistanla birləşdirən avtomagistrallar ikizolaqlıdır və əsasən sıx məskunlaşmanın olduğu ərazilərdən keçir. Yeni yolların ötürücülük qabiliyyəti yüksək olacaq və sıx məskunlaşmış ərazilərdən yan ötəcək.
“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
Şirkətlərin lotlar üzrə tender təklifləri bu ilin avqustun 14-dək qəbul ediləcək.
- Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü
- Bu gecə dualarımız qəbul olmadı… - Fotolar
- Dağıdıcı qasırğa sürətlə qərbə doğru hərəkət edir
- İran rəsmiləri ilə görüşmək istəmirik - Tramp
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü