Bakıda silahlı insident baş verib.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.
Belə ki, kişi tapança ilə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib.
_____
🚨 Küçədə güllələnən Amaliya Qəhrəmanovanın ölümü ilə bağlı daha bir təfərrüat məlum olub.
Belə ki, 44 yaşlı qadın həmin küçədə fəaliyyət göstərən aptekdə əczaçı işləyirmiş.
Məlumata görə, Zaur Qəhrəmanov silahla aptekin qarşısına gələrək onu öldürmək istəyib.
Qadın aptekdən küçəyə qaçıb və ərazidən uzaqlaşmaq istəyib.
Həmin vaxt Z.Qəhrəmanov onu küçədə yaxalayıb və atəş açaraq onu qətlə yetirib.
Qeyd olunub ki, Zaurla Amaliya bir neçə ay əvvəl rəsmi boşanıblarmış.
- Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü
- Bu gecə dualarımız qəbul olmadı… - Fotolar
- Dağıdıcı qasırğa sürətlə qərbə doğru hərəkət edir
- İran rəsmiləri ilə görüşmək istəmirik - Tramp
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü