Bu ilin ilk 6 ayı ərzində keçmiş illərdən bağlı qalmış 218 cinayət işi açılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 6 ayın yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.
Qyed eidlib ki, cinayətlərin açılması 1,1%, qeyri-aşkar şəraitdə törədilənlərin açılması 2,5%, mülkiyyət əleyhinə olanların açılması 4,4%, onlardan oğurluqların açılması 10,7%, dələduzluqların açılması 1,2% yaxşılaşıb, adam oğurluğu və avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin açılması tam təmin edilib.
Eyni zamanda diqqətə çatdırılıb ki, həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 93,9%-i, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 218 və görülmüş operativ cavab tədbirləri ilə 3 013 cinayət açılıb, eləcə də 4 474 hüquqazidd əməlin qarşısı alınıb.
“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
Müxtəlif cinayətlər törətmiş 6 887 şəxs məhkəmə məsuliyyətinə verilib. İstintaqdan və təhqiqat orqanlarından yayınan 4 282, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 645 təqsirləndirilən şəxs tutulub.
Axtarış işinin nəticələri 3% yaxşılaşaraq 82,7%-ə yüksəlib.
- Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü
- Bu gecə dualarımız qəbul olmadı… - Fotolar
- Dağıdıcı qasırğa sürətlə qərbə doğru hərəkət edir
- İran rəsmiləri ilə görüşmək istəmirik - Tramp
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü