BTQ bu institutla memorandum imzalandı - Foto

14:48 - 11 İyul 2026 - GÜNDƏM

 BTQ bu institutla memorandum imzalandı - Foto

Bu gün Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Fasonun Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu (INHEI) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, sənədi BTQ-nin icraçı direktoru Abbas Abbasov və INHEI-nin baş direktoru Filip Sandvidi imzalayıblar.

Bildirilib ki, bu əməkdaşlıq BTQ-nin fəaliyyət coğrafiyasının Afrika istiqamətində genişlənməsi baxımından mühüm addımdır.

BTQ indiyədək müxtəlif ölkələrin siyasi partiyaları və siyasi hərəkatları ilə əməkdaşlıq sənədləri imzalasa da, bu memorandum təşkilatın ilk dəfə bir dövlət qurumu ilə rəsmi əməkdaşlığa başlamasını rəsmiləşdirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol