4 ilə bu qədər dəyişdi - Fotolar

15:40 - 11 İyul 2026 - GÜNDƏM

 4 ilə bu qədər dəyişdi - Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib.

BUTA.TV”nun məlumatına görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Şuşa şəhərində Sadıqcanın yaşadığı evə baxıblar.

Bir il sonra dövlət başçısı burada icra ediləcək işlərin layihə konsepsiyası ilə tanış olub və 2024-cü ildə bu tarix-memarlıq abidəsində bərpa işlərinə başlanılıb.

Sadıqcanın zirzəmi və iki mərtəbədən ibarət ev-muzeyi Şuşa şəhərinin Sadıqcan küçəsində yerləşir. Sivri tağlı pəncərələr və giriş qapısının nisbətən iri daşlarla işlənməsi memarlıq baxımından binaya xüsusi gözəllik verir.

Bu xəbər hal-hazırda çox oxunur
Fatimənin xalası oğlu Batumidə tutuldu - Video

Sadıqcanın ev-muzeyi ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır.

Ev-muzeydə Sadıqcanın həyat və yaradıcılığına, Azərbaycan milli musiqi irsinə və Şuşanın zəngin ədəbi-bədii mühitinə həsr olunmuş ekspozisiya sahələri, konsert zalı, muğam ekspozisiya otağı, həmçinin kafe, suvenir mağazası, qeydiyyat bölməsi və musiqi alətləri emalatxanası yaradılıb.

2022-ci il

2026-cı il



























Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol