ABŞ Prezidenti Donald Trampın Ankaraya səfəri zamanı qaldığı hotelə xaricdən xüsusi tualet gətirildiyi və bioloji tullantıların ABŞ-yə aparıldığı barədə iddialara münasibət bildirilib.
“BUTA.TV”nun “CNN Türk”ə istinadən xəbərinə görə, hotelin baş direktoru Hakan Arslan yayılan məlumatları təkzib edərək bildirib ki, nə otaqlarda, nə də sanitar qovşaqlarında hər hansı dəyişiklik aparılıb.
“Hotelimizdə və ya otaqlarımızda tualetlərdə heç bir dəyişiklik edilməyib. Yeməklər hotelimizin aşpazları tərəfindən hazırlanıb, lakin bu proses Donald Trampın şəxsi aşpazlarının məlumatı və nəzarəti altında həyata keçirilib”, - o qeyd edib.
Hotel rəhbəri həmçinin Trampın səfəri zamanı onunla görüşdüyünü və ABŞ Prezidentinin hotel əməkdaşlarına qarşı olduqca nəzakətli davrandığını bildirib.
“Tvente” ilə başlayan avrokubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
Hakan Arslan hotellə ABŞ səfirliyi arasında gizli tunelin mövcud olması barədə iddiaları da əsassız adlandırıb.
“Belə bir tunel qətiyyən yoxdur. Bu xəbərləri eşidəndə həm təəccübləndik, həm də güldük”, – deyə o əlavə edib.
Qeyd edək ki, NATO Zirvəsi çərçivəsində Ankarada səfərdə olan ABŞ Prezidenti üçün ABŞ-dən tualet gətirildiyi, bioloji tullantıların isə ABŞ-yə aparıldığı iddia edilmişdi.
- Bu gecə dualarımız qəbul olmadı… - Fotolar
- Dağıdıcı qasırğa sürətlə qərbə doğru hərəkət edir
- İran rəsmiləri ilə görüşmək istəmirik - Tramp
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
- Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər