“Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər əhəmiyyəti artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır”.
“BUTA.TV” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında deyib.
Dövlət başçısı qeyd edib ki, istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə əlaqələrimiz yaxşıdır. Bütün bunları bir araya gətirmək üçün, əlbəttə, bir çox addımları atmalı idik ki, dəhlizlər faydalı olsun.
“Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir, narahatlıq doğuran, qonşularımızın narahatlıq doğuran məsələlərinin həllinə yönəlmişdir, o cümlədən bizi narahat edən məsələlər qaldırılıb.
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
Təbii ki, bu baxımdan Şuşada keçirilən media forumundakı olan həmin bu mühiti biz çalışırıq, həmçinin bir çox beynəlxalq məhz iştirakçılar arasında da yaratmağa çalışırıq. Çox sağ olun və bununla bağlı bizim dialoqumuz davam edir”, - dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında çıxışı zamanı regionda baş verən münaqişədən (İran-ABŞ – red.) danışıb və qonşu ölkələrə səslənib.
“Mən buradan qonşularımıza səslənirəm ki, məsuliyyətli olun, buna tezliklə son qoyun və çalışın tezliklə münasibətləri normallaşdırasınız. Bu proses eskalasiyaya, qlobal münaqişəyə çevrilə bilməz. Bu, çox böyük bir təhlükədir”.
Prezident İlham Əliyev, həmçinin Pakistandan olan dostlarımızın vasitəçiliyi nəticəsində bu qarşıdurmaya son qoyulacağına ümidvarlığını ifadə edib.
- Bu məlumatları heç kimlə paylaşmayın! - DİN
- Onlar vizadan qarşılıqlı azad edəcək
- Başçı müavini vəzifəsindən azad edildi - Sərəncam
- “Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm”
- İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
- Milli Məclisin iclası başladı
- Bakıda qadın dənizdə boğuldu
- TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb