Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
“BUTA.TV” xəbər verir ki, hadisə Binə qəsəbəsinin “Sovxoz” adlanan ərazisində qeydə alınıb.
Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və biri digərinə çox sayda bıçaq zərbəsi vurub. Nəticədə telefon və internet xətlərinin çəkilişi ilə məşğul olan 45 yaşlı Xaliq Bağırov hadisə yerində dünyasını dəyişib.
İki övladı olan Xaliq Bağırovun yaxınları hadisənin yalnız internet kabeli üstündə baş verdiyinə inanmadıqlarını bildirirlər. Ailə qətldə bir neçə nəfərin iştirak etdiyini iddia edir.
“Tvente” ilə başlayan avrkubok macərası “Tvente”də dayandı - Video-Yenilənib
Hadisə ilə bağlı Ceyhun adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir. Qətlin dəqiq motivi, başvermə şəraiti, saxlanılan şəxsin hadisədəki rolu və ailənin irəli sürdüyü iddialar istintaqın yekununda müəyyənləşəcək.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
- Dağıdıcı qasırğa sürətlə qərbə doğru hərəkət edir
- İran rəsmiləri ilə görüşmək istəmirik - Tramp
- Polşa nüvə silahlarını istəmir - Zalevksi
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
- Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
- “Barselona” “Sabah”a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib