Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi işğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri keçirib.
BUTA.TV xəbər verir ki, Ağdam, Ağdərə və Xocavənd rayonlarında 62 müəssisədə keçirilən 18 tədbirdə həmin müəssisələrin işəgötürənlərinin nümayəndələrindən və işçilərindən ibarət 690 nəfər iştirak edib.
Tədbirlərdə Xidmətin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.
Əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə iştirakçılara məlumatlar verilib. Bu sahədə yeni dövlət standartlarının tətbiqi və iş yerlərinin attestasiyasının aparılması qaydalarından bəhs olunub. Mina təhlükəsizliyinin əsas prinsipləri və mümkün risklərin qarşısının alınması yolları diqqətə çatdırılıb.
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”
İştirakçılara müvafiq mövzular üzrə yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim edilib, onların sualları cavablandırılıb.
- Trampdan şok: Bu okeanların adı dəyişdirilə bilər!
- Sentyabrda sülh danışıqları olacaq? - Kremldən açıqlama
- Tunis sahilində miqrant qayığı batdı: 14 nəfər öldü
- Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
- “Barselona” “Sabah”a rəqib oldu - Bakıya gələcək-Video-Yenilənib
- İƏT-in yeni baş katibi seçildi
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
- Kiyevdə partlayış baş verdi