“Belə avtomobillə heç yerə getmərəm”

14:55 - 13 İyul 2026 - GÜNDƏM

 “Belə avtomobillə heç yerə getmərəm”

“Düzünü desəm, elektrik avtomobillərində FM radionun olmadığını bilmirdim. Açığını deyim ki, mən radionu əsasən avtomobildə olarkən dinləyirəm”.

BUTA.TV” xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda gürcüstanlı jurnalistin elektrik avtomobillərində FM radio ilə bağlı sualını cavablandırarkən toxunub.

“Mən ölkə daxilində əsasən avtomobillə hərəkət etdiyim üçün avtomobildə kifayət qədər vaxt keçirirəm. Hər səfər zamanı radionu dinləyirəm. Əsasən də musiqiyə qulaq asıram. Çünki xəbərləri başqa mənbələrdən kifayət qədər alıram. Mən avtomobili radiosuz təsəvvür edə bilmirəm. Belə avtomobillə heç yerə getmərəm. Əgər bu istiqamətdə bizim qoşula biləcəyimiz hər hansı təşəbbüs varsa, sadəcə bizə məlumat verin. Biz onu tam dəstəkləyəcəyik”, - Prezident əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol