Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.
BUTA.TV xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 33 yaşlı Eldar Zeynalov və 30 yaşlı Tahib Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar gecə saatlarında rayonun 28 May qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə üç min manatdan artıq vəsaiti talayıblar. Saxlanılan şəxslərin törətdikləri oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- “Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb
- ADY-də "SİMA Pay"dan istifadə edənlərin sayı 9 mini ötdü
- Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
- Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək
- Hərbçimiz vəfat etdi
- “Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın” - Prezidentdən Mirşahinə
- “Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini artırır
- Sabah Məhərrəm ayı bitir