Prezident jurnalisti görüb avtomobildən düşdü - Video

15:25 - 13 İyul 2026 - GÜNDƏM

 Prezident jurnalisti görüb avtomobildən düşdü - Video

IV Şuşa Qlobal Media forumunun ilk günü səmimi anlarla yadda qalıb. 

BUTA.TV” xəbər verir ki, tədbir başa çatdıqdan sonra məkandan ayrılmaq üçün avtomobilinə əyləşən Prezident İlham Əliyev “Euronews”un müxbiri Ceyn Vizerspunu gördükdə onunla görüşmək üçün yenidən avtomobilindən düşüb. 

Dövlət başçısı jurnalistlə səmimi şəkildə görüşüb və onunla hal-əhval tutub. 

Qeyd edək ki, “Euronews”un müxbiri Ceyn Vizerspun ötən il Xankəndidə baş tutan III Şuşa Qlobal Media Forumunda moderatorluq edib. Daha əvvəl isə o, dəfələrlə Prezident İlham Əliyevdən müsahibələr götürüb. 




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol