Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış

13:42 - 15 İyul 2026 - GÜNDƏM

 Dayılardan bacısı qızlarını sevən yeniyetməyə amansız davranış

Ötən ilin sonunda Xaçmazda iki qardaş bacısı qızlarını sevən 17 yaşlı oğlanın başına oyun açıblar.

BUTA.TV”nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl hadisə ilə bağlı hökm və qərar çıxarılıb.

Cəzalandırılan qardaşlardan birinin 42, digərinin 36 yaşı olub. Bu xəbərdə onların adlarını şərti olaraq Mübariz və Akif kimi təqdim edəcəyik.

İş materiallarında qeyd olunub ki, 17 yaşlı zərərçəkmiş sözügedən qardaşların bacısı qızları ilə sevgi münasibətinə olub. Hadisə günü yeniyetmə oğlan onların yaşadığı evin hasarına çıxarkən qızın dayısı Mübariz bunu görüb. Bərk əsəbiləşən dayı balaca qardaşı Akiflə birgə yeniyetməni tutaraq əl-qolunu kəndirlə bağlayıb. Qardaşlar 1 saat bağlı vəziyyətdə saxladıqları yeniyetməyə qarşı alçaldıcı hərəkətlər edib, döyməklə müxtəlif xəsarətlər yetirib, eyni zamanda tualetdə saxlayıblar.

Bu əməlləri ilə Mübariz və Akif qanunsuz azadlıqdan məhrumetmə cinayəti törətmiş olub. Polis əməkdaşları işə qarışandan sonra onların ikisi də saxlanılıb, məhkəmə hökmünə qədər barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Xaçmaz Rayon Məhkəməsində baxılan işdə qardaşlar əməllərini etiraf edib, özlərini təqsirli bildiklərini deyiblər. Zərərçəkmiş şəxsin də ifadəsi əsasında verilmiş ittiham tam təsdiqini tapıb.

Hökmə əsasən, Akif və Mübarizin hərəsinə 3 il azadlıqdan məhrumetmə cəzası verilib, ikisi də məhkəmə zalında həbs edilib. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi hökmü kiçik qardaş  Akifə münasibətdə dəyişib. Onun cəzası şərtiyə çevrilərək azadlığa buraxılıb.

Məhkəmə qərarı təqsirləndirilən şəxsin səmimi peşmanlığı, xəstəlikdən əziyyət çəkməsi və himayəsində yaşlı valideynlərinin olması ilə əsaslandırıb. Akifin şikayəti isə təmin edilməyib.

Sail Ağasəlim


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol