Əkrəm İmamoğlu CHP-dən istefa verdi

22:29 - 12 Avqust 2026 - GÜNDƏM

 Əkrəm İmamoğlu CHP-dən istefa verdi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 17 illik üzvü olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa etdiyini bəyan edib.

BUTA.TV” xəbər verir ki, o, bu barədə açıqlamasında qeyd edib.

Həbsdə olan bələdiyyə sədri qərarının Türkiyənin gələcəyinə inandığı dəyərlər və millət qarşısında daşıdığı məsuliyyətdən irəli gəldiyini bildirib:

“Əziz həmvətənlərim, dəyərli yol yoldaşlarım! 17 illik Cümhuriyyət Xalq Partiyası üzvlüyümdən istefa verirəm. Bu qərar ölkəmizin gələcəyinə dair inandığım dəyərlərin və millətimizə qarşı daşıdığım məsuliyyətin nəticəsidir. Bu günə qədər birgə əmək verdiyimiz, çiyin-çiyinə addımladığımız bütün yol yoldaşlarıma təşəkkür edirəm. Bu gün Türkiyənin daha güclü, daha demokratik və daha ümid dolu sabahlarını birlikdə inşa etmək üçün YENİ bir yol açırıq. Sizi bu yürüşün bir parçası olmağa, ümidi birlikdə böyütməyə və gələcəyi birlikdə qurmağa dəvət edirəm”.

Xatırladaq ki, Ə. İmamoğlu 19 mart 2025-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan araşdırma çərçivəsində saxlanılıb. Ona qarşı “cinayət təşkilatı yaratmaq və idarə etmək”, rüşvət almaq, mənimsəmə, qanunsuz tenderə müdaxilə və şəxsi məlumatların qanunsuz qeydə alınması ilə bağlı ittihamlar irəli sürülüb. İmamoğlu həmçinin “şəhər razılaşması” çərçivəsində PKK/KCK təşkilatına yardım etməkdə ittiham olunub. Məhkəmə 23 mart 2025-ci ildə onu maliyyə xarakterli ittihamlar üzrə həbs edib, terror təşkilatına yardım ittihamı üzrə isə həbs tələbini rədd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol