12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - Video

10:31 - 13 Avqust 2026 - HADİSƏ

 12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış - Video

Avqustun 12-nə keçən gecə Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında – azərbaycanlıların kompakt yaşadığı Soğanlıq kəndində 12 yaşlı Tapdıq Qəhrəmanovun öldüyü hadisənin təfərrüatı məlum olub.

BUTA.TV” xəbər verir ki, ailənin qonşuları sosial şəbəkədə hadisə zamanı yeniyetmənin “Smart” markalı kiçikölçülü avtomobili özünün idarə etdiyini bildiriblər.

Məlumata görə, bir müddət əvvəl valideynləri Tapdığa həmin avtomobili hədiyyə ediblər. Lakin sürücülük üçün yaşı çatmadığından uşağın yola çıxmasına icazə verilməyib. Hadisə günü isə yeniyetmə atasından xəbərsiz maşını sürərək küçəyə çıxıb və qəza törədib. Nəticədə, o həyatını itirib.

 
 
 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol