İtaliyanın Sardiniya adasının sahillərində 30 metr uzunluğu olan “Angiola II” yaxtası batıb.
“BUTA.TV” “Messaggero” nəşrinə istinadən xəbər verir ki, mühərrikdəki nasazlığa görə meydana gələn yanğın və içinə suyun daxil olması nəticəsində gəmi dənizin dibinə qərq olub.
Məlumata əsasən, 8 milyon avrodan çox dəyərə malik yaxtanın yeni sahibi olan italiyalı sahibkar onu hadisədən cəmi 4 gün əvvəl əldə edibmiş.
Qəza zamanı gəmidə 14 nəfər olub. Onların hamısı gəmini tərk edə bilib və xilas edilib, xəsarət alan yoxdur.
Hazırda yaxtanın Kosta-Smeralda sahili yaxınlığında təxminən yeddi metr dərinlikdə olduğu bildirilir. Hakimiyyət orqanları onun sudan çıxarılması istiqamətində işlərə hazırlıqlar görür.



- Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
- “Dərnəgül” deposunun ikinci tikinti mərhələsi yekunlaşdı
- Sabah hava necə olacaq?
- Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı
- III qrup üzrə keçid ballarını açıqlandı
- Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var
- DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...
- Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlandı