Munir Tehrana səfərindən öncə Trampla danışıb

15:33 - 24 Avqust 2026 - GÜNDƏM

 Munir Tehrana səfərindən öncə Trampla danışıb

Pakistan Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munir Tehrana səfərindən əvvəl ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat verib.

Məlumata görə, telefon danışığı ötən həftə baş tutub. Ancaq tərəflər arasında müzakirə olunan məsələlərin konkret məzmunu açıqlanmayıb.

Qeyd edək ki, Asim Munir bu gün İran rəsmiləri ilə görüşlər keçirmək və danışıqlar aparmaq üçün Tehrana səfər edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol