ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiyanın yaxın bir neçə ildə NATO ölkəsinə hücum planları, eləcə də ölkədə səfərbərlik hazırlandığı iddiaları ilə bağlı məlumatlar fonunda Moskvaya səfər etmiş ola bilər.
BUTA.TV xəbər verir ki, “Vol Strit Jurnal” qəzetinin məlumatına görə, bu versiyanı ABŞ Milli Kəşfiyyatının keçmiş direktor müavini Bet Sanner irəli sürüb.
"Bu, 'Nə edəcəyinizi bilirik və bunu etməməyiniz daha yaxşıdır' kimi bir mesaj ola bilər”, - deyə o qeyd edib.
Sanner həmçinin iddia edib ki, MKİ direktoru Rusiya liderləri ilə təkcə Ukraynadakı vəziyyəti deyil, həm də Yaxın Şərqdəki münaqişəni və Moskvanın İrana dəstəyini müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, “CBS Nyus” ötən gün MKİ direktoru Con Retkliffin “Boinq C-17A Globemaster III” hərbi təyyarəsi ilə Moskvaya gəldiyini iddia edib.
- Köçəryanın oğlu həbs edildi
- İrəvan KTMT-dən çıxsa, həssas vəziyyətə düşəcək - Nahapetyan
- Budanov açıqladı: Ukraynanın ən çox ehtiyac duyduğu...
- Ukrayna müharibədə tədricən uduzur - Fedorov
- Şok: MKİ direktoru Putinə xəbərdarlıq etmək üçün gəlib!
- Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı