Əgər Ermənistan KTMT-dən çıxsa, yeni təhlükəsizlik sistemi əldə etməyəcək, əksinə, özünü daha həssas vəziyyətdə tapacaq.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq və hərbi ekspert Hayk Nahapetyan deyib.
Nahapetyanın sözlərinə görə, Ermənistanla KTMT arasındakı münasibətlərə təcrid olunmuş şəkildə deyil, daha geniş geosiyasi proseslər kontekstində baxılmalıdır.
O hesab edir ki, Rusiyanın Ermənistandan çıxarılması prosesi Qərbin Kremlin Cənubi Qafqazdakı təsirini zəiflətmək siyasətinə uyğundur.
"Qərbin məqsədi Ermənistanın Rusiya ilə iqtisadi, siyasi, mədəni, sivilizasiya və mənəvi əlaqələrini kəsməsidir".
Qeyd edək ki, avqustun 20-də Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin beş illik proqramını təqdim edərkən ölkəsinin KTMT-yə qayıtmağı planlaşdırmadığını bildirib və əlavə edib ki, təşkilat Ermənistanı xaric etmək qərarına gəlsə, məmnun olardı.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bildirib ki, İrəvanın təşkilata üzvlüyünə ehtiyacı yoxdursa, oradan çıxmaqda sərbəstdir.
- Rusiyanın nəhəng neft emalı zavodu vuruldu - Video
- Hörmüzlə bağlı danışıqlar: 60 gün davam edəcək...
- Ukrayna “Wildberries”in daha bir anbarını yandırdı - Video
- Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
- “20-dən çox sakinin yolunu bağlayıb ev tikirlər...” - Polkovnik-leytenant şikayətçidir
- Polyakların Ukrayna ilə bağlı fikirləri niyə dəyişdi?
- Köçəryanın oğlu həbs edildi
- İrəvan KTMT-dən çıxsa, həssas vəziyyətə düşəcək - Nahapetyan