Polyakların Ukrayna ilə bağlı fikirləri niyə dəyişdi?

09:18 - 26 Avqust 2026 - GÜNDƏM

 Polyakların Ukrayna ilə bağlı fikirləri niyə dəyişdi?

Polyakların 50 faizindən çoxu Ukraynaya silah tədarükünə qarşıdır.

BUTA.TV xəbər verir ki, bu barədə "Pollster" tədqiqat mərkəzi tərəfindən “Portal Obronny” saytı üçün aparılan sorğunun nəticəsində deyilir.

Sorğuya görə, respondentlərin 53%-i bu mövqedədir. Respondentlərin 36%-i Kiyevə silah tədarükünü dəstəkləyir. Respondentlərin 11%-i isə bu məsələ ilə bağlı heç bir fikir bildirməyib.

Qeyd olunur ki, 2022-ci ilin dekabr ayında polyakların 77%-i Ukraynaya silah tədarükünü dəstəkləyib.

Sorğu 19-20 avqust tarixləri arasında onlayn şəkildə aparılıb və 1001 yetkin polyak iştirak edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol