İran və Oman Hörmüz boğazının birgə idarə olunması mexanizmi ilə bağlı danışıqlar aparacaq.
BUTA.TV xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
O bildirib ki, danışıqların 30 gündən 60 günədək davam etməsi nəzərdə tutulur:
“Bu müddət ərzində tərəflər Hörmüz boğazından keçid üçün yeni daimi marşrut barədə də razılığa gəlməlidirlər”.
Qəribabadi əlavə edib ki, ikitərəfli razılaşmaya əsasən, Fars körfəzinə giriş İran suları, çıxış isə Omanın ərazi suları vasitəsilə həyata keçiriləcək:
“Razılaşdırılmış tranzit dəhlizinin eninin 7 mil olduğu qeyd edilib. ABŞ və digər ölkələr bilməlidirlər ki, Hörmüz boğazı İranla razılaşma olmadan açılmayacaq”.
İran rəsmisi, həmçinin Hörmüz boğazının hazırda bağlı olduğunu və İranın ona tam nəzarət etdiyini iddia edib. O, gəmilərin boğazdan keçməsi barədə məlumatları əsassız adlandırıb.
Qəribabadi ABŞ Prezidenti Donald Trampın boğazın minalardan təmizlənməsi ilə bağlı açıqlamasını da təkzib edərək bunu “boş sözlər” adlandırıb.
Qeyd edək ki, daha əvvəl İran və Omanın Hörmüz boğazı ilə bağlı razılığa gəlmələri barədə məlumat yayılıb.
- Türkiyədə zəlzələ oldu
- 1645-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi
- Pakistanda yanğın: 15 körpə öldü
- Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto
- Prezident “Sabah”ı təbrik etdi
- Rusiyanın nəhəng neft emalı zavodu vuruldu - Video
- Hörmüzlə bağlı danışıqlar: 60 gün davam edəcək...