Prezident İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
“BUTA.TV” xəbər verir ki, bu barədə dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.
Təbrik mətnində deyilir:
“Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.
Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.
“Sabah” klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!”

- MKİ direktoru Putini təhdid edib: Cavab sərt olacaq...
- Tramp Səudiyyə ilə nüvə sazişini Konqresə göndərdi
- Ən yaşlı və ən gənc tələbə onlar oldu - Foto
- Zelenski İlon Maskı təltif etdi
- Türkiyədə zəlzələ oldu
- 1645-ci gün: Rusiyanın itkiləri yeniləndi
- Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi
- Pakistanda yanğın: 15 körpə öldü