Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi

11:45 - 26 Avqust 2026 - GÜNDƏM

 Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi

Ermənistan Müdafiə Nazirliyi terrorçu Monte Melkonyan haqqında çəkilən “Monte” filminə vəd etdiyi dəstəkdən imtina edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, buna səbəb filmdə döyüş səhnələrinin yer alması olub.

Filmin çəkilişlərinə Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, eləcə də İrəvan meriyası maliyyə dəstəyi göstərib.

Filmin premyerasının noyabrın 25-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Monte Melkonyan 1993-cü ilin iyunun 12-də Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol