Ermənistan Avropa Birliyinə qoşulmaq üçün hazırlıqlarla bağlı Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) müttəfiqləri ilə məsləhətləşmir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci departamentinin direktoru Mikael Aqasandyan deyib.
“Ermənistanın qanunvericiliklə təsdiqlənmiş Avropa Birliyinə daxil olmaq üçün hazırlıqları ilə bağlı ciddi risklər görürük və yeri gəlmişkən, bu hazırlıqlar İrəvan tərəfindən Aİİ müttəfiqləri ilə heç bir məsləhətləşmə olmadan həyata keçirilir”, - Aqasandyan bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 24-də ölkənin yaxın vaxtlarda AB-yə üzvlüklə bağlı rəsmi müraciət hazırlamağa başlayacağını açıqlayıb.
- Xəzər dənizi geri çəkildi, yeni ada yarandı - Foto
- Putin və Şara arasında telefon danışığı baş tutdu
- Onların şərabı erməni şərabından daha yaxşıdır - Volodin
- Kremldən Köçəryanın saxlanılmasına - Reaksiya
- Pezeşkian və Putin Bişkekdə görüşəcək
- Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
- Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
- İrəvanın AB üzvlüyünə hazırlığı ciddi risklər yaradır - Rusiya