İran ABŞ-ın iqtisadi blokadasına qarşı belə mübarizə aparır

09:24 - 27 Avqust 2026 - GÜNDƏM

 İran ABŞ-ın iqtisadi blokadasına qarşı belə mübarizə aparır

İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani Tehranın ABŞ tərəfindən tətbiq edilən iqtisadi blokadaya qarşı mübarizə aparmaq üçün gördüyü tədbirləri açıqlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə o, brifinq zamanı açıqlama verib.

"ABŞ-ın iqtisadi sanksiyalarına qarşı mübarizə aparmaq üçün effektiv tədbirlər görülür. Əsas əməkdaşlığımız nəqliyyat və tranzit sahələridir", - deyə o bildirib.

Ruzbehaninin sözlərinə görə, Tehran region ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır, həmçinin İƏT, ŞƏT və BRİKS kimi regional təşkilatlarla əməkdaşlıq edərək inkişaf edir və irəliləyir. Səfir qeyd edib ki, Tehran ABŞ tərəfindən tətbiq edilən sanksiyaları "iqtisadi terrorizm" hesab edir.

Bu xəbər hal-hazırda çox oxunur
Xamenenin öldüyünü düşünmürəm - Tramp

Diplomat bildirib ki, İranın coğrafi mövqeyi ölkənin sanksiyalara qarşı müqavimət göstərməsinə kömək edir, Tehran 15 ölkə ilə münasibətlər saxlayır və onlarla məhsuldar əməkdaşlıq edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol