Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarılması qərarı təşkilata üzv dövlətlərin ali baş komandanlarının səlahiyyətindədir, lakin bütün halları nəzərə almaq lazım olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri KTMT-nin Baş katibi Taalatbek Masadıkov TASS agentliyinə müsahibəsində bildirib.
"KTMT-nin Ermənistanı xaric edib-etməmək qərarı KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarıdır və şura üzvləri üzv ölkələrin ali baş komandanlarıdır. Bu qərar onların səlahiyyətləri daxilindədir. Amma düşünürəm ki, qərarlar qəbul edilərkən bütün hallar və məqamlar həmişə nəzərə alınmalıdır", - deyə o qeyd edib.
KTMT-nin baş katibi deyib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı hadisələri qabaqlamamalıyıq.
Xatırladaq ki, bir müddət əvvəl Paşinyan hökumətin yaxın beş ildə KTMT-də işi aktivləşdirmək niyyətində olmadığını və Ermənistanın bu strukturdan çıxarılacağı təqdirdə çox məmnun olacağını bildirmişdi.
- “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”
- Netanyahunun oğluna sui-qəsd cəhdi: Detallar…
- Husilər bu limanı ballistik raketlərlə vurdular
- Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
- Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi - Qanaxmadan öldü
- 1646-cı gün: Rusiyanın itkiləri yeniləndi
- “Lukoyl”un bütün neft emalı zavodları vuruldu
- Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama