Almaniyada məktəbə hücum: keçmiş sevgilisini öldürdü

18:54 - 27 Avqust 2026 - GÜNDƏM

 Almaniyada məktəbə hücum: keçmiş sevgilisini öldürdü

Almaniyanın paytaxtı Berlin yaxınlığında Qosen-Neu-Zittau (Brandenburq) yaşayış məntəqəsində naməlum şəxsin məktəbə hücumu nəticəsində iki nəfər həlak olub. Şübhəli saxlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, qurbanlardan biri hücumun qarşısını almağa çalışan 30 yaşlı kişi, digəri isə 18 yaşlı qızdır. 19 yaşlı şübhəli öldürdüyü qızın keçmiş sevgilidir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə işçiləri hazırda hadisə yerindədir, məktəbin ətrafı mühasirəyə alınıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol