ABŞ-İran savaşı: Səudiyyə Ərəbistanı yeni cəbhə açır

19:48 - 27 Avqust 2026 - GÜNDƏM

 ABŞ-İran savaşı: Səudiyyə Ərəbistanı yeni cəbhə açır

Səudiyyə Ərəbistanı Yəməndəki üsyançı hərəkat – Ənsərüllaha (husilər) qarşı tammiqyaslı müharibəni bərpa etməyə hazırlaşır.

BUTA.TV xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzetinin məlumatında deyilir.

Qəzetin məlumatına görə, Ər-Riyad sülhü qorumağa üstünlük verərdi, lakin hərbi ssenariyə hazırdır və husilər tərəfindən daha da gərginləşmə halında hava hücumları təşkil edə bilər. Səudiyyə rəsmisi qəzetə bildirib ki, krallıq özünü bütün lazımi vasitələrlə müdafiə edəcək.

Qeyd edilir ki, yeni bir münaqişə ABŞ-İran qarşıdurmasında əlavə bir cəbhə aça bilər. Analitiklər hesab edirlər ki, hərəkatın tam hərbi məğlubiyyəti ehtimalı azdır və Səudiyyə Ərəbistanının mümkün məqsədi onu zəiflətmək, danışıqları Ər-Riyad üçün daha əlverişli şərtlərə gətirməkdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol