Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Akademik Milli Dram Teatrının Musiqi hissə müdiri, musiqişünas, publisist Səadət Qarabağlı ilə görüşüb.
BUTA.TV xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə tanınmış ziyalının yaradıcılıq uğurları və planları ilə tanış olan, onunla ətraflı fikir mübadiləsi aparan Komitə sədri onu 65 illik yubileyi, habelə 31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib, yeni uğurlar diləyib.
S.Qarabağlı öz kitablarını Komitə sədri üçün imzalayıb.
Q.Paşayeva S.Qarabağlıya xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, S.Qarabağlı Musiqi Texnikumunun Fortepiano fakültəsini və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirir.
1979-cu ilin sentyabr ayından Üzeyir bəy Hacıbəylinin ev-muzeyində fonoteka müdiri kimi əmək fəaliyyətinə başlayıb, sonra orada bələdçi, kiçik elmi işçi, böyük elmi işçi, ekskursiya və kütləvi işlər şöbəsinin müdiri, elmi katib və muzeyin direktoru vəzifələrində çalışıb.
Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Musiqi hissə müdiri vəzifəsində çalışır.
- Maaş və sosial ödənişlərdə artım olacaq?
- Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
- Bəzi saytların fəaliyyəti dayandırıla bilər - Səbəb
- Hamı bu qəzadan danışır - Arzum günahkardır, ya yox?
- 50-dən artıq saxta hesabı olan “jurnalist” saxlanıldı - Foto
- Dövlət sərəncamı ilə ayrılan kompensasiyanı ala bilmirlər - Video
- Vəfat edən əsgərlə bağllı məhkəmə: ciddi səhlənkarlıq faktları...
- Bakı-Tbilisi qatarına biletlərin çətin tapılması ilə bağlı - Açıqlama