Son günlər baş vermiş yol nəqliyyat hadisələrinin hər biri məsuliyyətsizliyin nəticəsidir.
BUTA.TV xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
"Sıxlıqlardan, tıxaclardan qat-qat vacib olan məsələ təhlükəsizlikdir. Baxın baş vermiş hadisələrin heç biri nə sıxlıqda nə də tıxacda olmayıb. Deməli yollarımızın ən böyük problemi sürücülərin, piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağın yol açdığı faciələrdir. Əksəriyyət qayda qanunun olmasını istəsədə təəssüf ki həmin qaydaların özündən kənarda olmasını istəyir! Min bir bəhanə ilə hər kəsin özünü haqlı çıxartmaq və qaydaların yanından ötüb keçmək arzusu var. Niyəsə bəzi insanlar başa düşmür ki göz görə-görə özünü təhlükəyə atmaq daha sonra bu ağır hadisələrin nəticəsində faciələri sığortalamır. Bir daha sizdən xahiş edirik ki yola çıxan yaxınlarınızdan,doğmalarınızdan, dostlarınızdan ehtiyyatlı olmağı tələb edin. Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir səhfləri bağışlamır”, - Əsgərli bildirib.
- Türkiyə və Azərbaycan bu baxımdan strateji əhəmiyyət daşıyır
- İran Azərbaycana yeni səfir təyin etdi
- Prezident Olivye Le Peşi qəbul etdi
- İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi
- Şuşa Realnı Məktəbinin binasının fəaliyyətə başlayacağı tarix...
- İTV-nin jurnalisti bu rəqsinə görə işdən çıxarılıb? - Video
- Prezidentdən “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət
- İlham Əliyev türkiyəli naziri qəbul etdi