Gürcüstanın qərbindəki Sameqrelo-Zemo Svaneti bölgəsindəki Martvili şəhərində Müqəddəs Məryəm kilsəsi qarət edilib.
BUTA.TV xəbər verir ki, məbədə pəncərədən daxil olan oğrular əsas ikonanı, gümüş şamdanları və ianə qutusundan xeyli pul aparıblar.
Qeyd edək ki, bu son 6 ayda ikinci kilsədir qarət olunur.
Bundan əvvəl, ötən il noyabrın 25-də Gürcüstanı şoka salan hadisə olmuşdu. İki nəfər Xaşuri bələdiyyəsinin Tsxramuxa kəndində monastıra girərək yaşlı rahibəyə hücum ediblər. Qadını hədələyərək ondan pul və qızıl-zinət əşyaları tələb ediblər.
Cinayətkarlar onların tələbini yerinə yetirməyən rahibəni döyüb və zorlayıblar. Sonra onlar ianə qutularını oğurlayaraq hadisə yerindən qaçıblar.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident