Rio-de-Janeyrodakı “Marakana” stadionuna gedən əsas yollardan biri üçqat dünya çempionu, braziliyalı hücumçu Pelenin şərəfinə adlandırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə şəhərin meri Eduardo Paes Tvitter hesabında məlumat verib.
“Marakananı əhatə edən qərb radial prospekti Pele prospekti adlandırılacaq, fərman sabah dərc olunacaq", - mer yazıb.
Qeyd edək ki, Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. Braziliyalı dünya çempionatında üç dəfə qalib gələn yeganə oyunçudur.
- Həmyerlimizə ABŞ-da yüksək vəzifə verildi
- Sabah yağış yağacaq
- Çimərlik istiqamətinə gedən yeni avtobus marşrutları...
- Naxçıvana uçuşlar ləğv edildi
- Xüsusi karantin rejiminin müddəti yenə uzadıldı
- Azərbaycanda son illər aparılan sosial islahatların uğurları…
- "Ford" səkiyə çırpıldı: sürücü belə xilas edildi - Video
- Maaş və sosial ödənişlərdə artım olacaq?