İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məsləhətləşmələr üçün İrana səfər edib.
BUTA.TV xəbər verir ki, məlumatı İran Xarici İşlər Nazirliyi yayıb.
Səfər çərçivəsində Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Səfir iki ölkə və ikitərəfli münasibətlərlə bağlı son hadisələri nazirə hesabat şəklində təqdim edib.
Abdullahian İran Hökumətinin qonşularla sıx və yaxşı münasibətlər siyasəti kontekstində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətini vurğulayıb.
Eləcə də Müştərək Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində lazımi göstərişləri verib.
- Azərişıq ASC-yə sertifikatlar təqdim olundu
- "Bakcell"in dəstəyi ilə - “SummerStack Bootcamp” başladı
- Məhz güclü Ordumuzun sayəsində... - Deputat
- Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
- Həmyerlimizə ABŞ-da yüksək vəzifə verildi
- Sabah yağış yağacaq
- Çimərlik istiqamətinə gedən yeni avtobus marşrutları...
- Naxçıvana uçuşlar ləğv edildi