Güney Azərbaycanın Urmiya şəhərindən olan şair Əli Nişani yanvarın 3-ü vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə güneyli fəallar məlumat yayıb.
Məlumatda onun 96 yaşında Urmiyada dünyasını dəyişdiyi bildirilir.
Xatırladaq ki, Əli Nişani 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub. O, 1933-cü ildə ailəsi ilə birgə Güney Azərbaycanın Urmiya şəhərinə mühacirət etmək məcburiyyətində qalıb.
Gənc yaşlarında siyasi və mədəni fəaliyyətlərinə görə Tehran hökuməti tərəfindən Loristan və Yəzd əyalətlərinə sürgün edilib.
Yeniyetmə yaşlarından ədəbi yaradıcılıqla məşğul olan şairin əsərləri 1945-46-cı illərdə Cənubi Azərbaycan Milli Hökumətinin media orqanlarından olan “Vətən yolunda” qəzeti və Şairlər Məclisinin almanaxlarında nəşr edilib.
Əli Nişaninin “Bağban qızı”, “Gəl gedək bəndə" və b. şeirlərinə mahnılar bəstələnib.
- Azərişıq ASC-yə sertifikatlar təqdim olundu
- "Bakcell"in dəstəyi ilə - “SummerStack Bootcamp” başladı
- Məhz güclü Ordumuzun sayəsində... - Deputat
- Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
- Həmyerlimizə ABŞ-da yüksək vəzifə verildi
- Sabah yağış yağacaq
- Çimərlik istiqamətinə gedən yeni avtobus marşrutları...
- Naxçıvana uçuşlar ləğv edildi