Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşviliyə dəstək məqsədilə bu gün dünyanın 14 ölkəsində #SaveMisha beynəlxalq aksiyası keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mark Feyqin, eyni zamanda Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç mediaya açıqlamasında deyiblər.
Mitinq və piketlər Gürcüstanın Nyu York, Vaşinqton, London, Berlin, Münhen, Frankfurt, Vyana, Brüssel, Strasburq, Haaqa, Praqa, Stokholm, Börn, Sofiya, Barselona, Afina və Təl-Əvivdəki konsulluq və səfirliklərinin qarşısında baş tutacaq.
Aksiya həm də Gürcüstanda keçiriləcək. Saakaşvilinin tərəfdarları saat 18:00-da Tiflis, Batumi, Zuqdidi, Rustavi, Qori və Telavidə toplanacaqlar.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident