Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz sakinini vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident