Avropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var.
BUTA.TV xəbər verir ki, ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır.
Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident