Suqovuşan su anbarında suyun səviyyəsinin aşağı düşmə səbəbi orada gedən təmir-bərpa işləridir.
BUTA.TV xəbər verir ki, bunu Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin Baş mühəndisi Mehman Kərimov Oxu.az-a açıqlamasında deyib.
“Suqovuşan su anbarının dib qapıları 30 ildən artıq müddətdə təmir olunmayıb. Hazırda həmin qapılar təmir edilir. Bununla əlaqədar tərəfimizdən məqsədli şəkildə suyun səviyyəsi aşağı salınıb. Sərsəng su anbarından buraxılan su həmin dib qapıları vasitəsilə Tərtər çayına axıdılır və təsərrüfatlara verilir”, - Kərimov bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə ermənilərin Sərsəng su anbarında Suqovuşana axan çayların qarşısını kəsdikləri üçün anbarın suyunun quruması ilə bağlı məlumat yayılmışdı.
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir
- Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü
- 50 il əvvəl basdırılan “zaman kapsulu” açıldı