Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyayev arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya-Özbəkistan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı istək öz təsdiqini tapıb. Şövkət Mirziyayev 2022-ci il dekabrın 26-27-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib”, - məlumatda qeyd olunub.
- Şok: MKİ direktoru Putinə xəbərdarlıq etmək üçün gəlib!
- Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
- “Sabah” bu rekordlara imza atdı
- 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qaldı
- SDQ tamamən buraxıldı
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi