Xankəndi-Laçın yolunda təşkil olunan dinc aksiya vətənpərvərlik əzmində davam edir.
BUTA.TV xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 25 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
- Xətaidə xalq şairinin yubileyi təntənəli qeyd olundu - Video
- Neftçalada axund qara bayrağı polisə təhvil verdi
- Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək
- Azərbaycanda 5,3 milyonluq restoran müsadirə olundu
- 9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
- Məhz güclü Ordumuzun sayəsində... - Deputat
- Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
- Həmyerlimizə ABŞ-da yüksək vəzifə verildi