Kristiano Ronaldonun yeni komandası - "Əl-Nəsr"də yanvarın 5-ə planlaşdırlan rəsmi debütü təxirə salınıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 2 oyunluq cəza səbəbindən klubun qarşıdakı oyunlarında iştirak edə bilməyəcək. Bu barədə “Deyli Meyl” məlumat yayıb.
Ronaldo bu səbəbdən "Əl-Nəsr"in yanvarın 5-də və 14-də keçiriləcək matçlarında oynamayacaq. Bildirilir ki, İngiltərə Futbol Assosiasiyası noyabrda portuqaliyalı hücumçunu apreldəki insidentə görə iki oyunluq diskvalifikasiya edib. Portuqaliyalı forvard cəzasını çəkməyib. Çünki onun barəsində qərar “Mançester Yunayted”lə müqaviləyə xitam verildikdən bir gün sonra verilib.
FİFA-nın qaydalarına əsasən, əvvəlki liqalarda cəza müddətinin sonuna kimi oynamayan futbolçular yeni çempionatda ilk oyunları buraxmalıdırlar. Bu o deməkdir ki, Ronaldo yanvarın 21-dək “Əl-Nəsr”də oynaya bilməyəcək. Həmin gün "kral klubu" "Əl-İttifaq"la qarşılaşacaq. Ciddi bir hadisə baş verməsə, Krişin yeni komandasındakı rəsmi debütü həmin görüşdə reallaşacaq.
Qeyd edək ki, portuqaliyalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"a uduzduqları matçdan (0:1) sonra paltardəyişmə otağına gedən zaman çəkiliş edən azarkeşlərdən birinin telefonunu sındırdığı üçün 2 oyunluq cəzalandırılmışdı.
- Bakıda maşın 2 piyadanı vurdu, biri öldü
- Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlandı
- Azərbaycana 17 sm qar yağdı
- Bakıda yaşlı ər və arvad qətlə yetirildi
- Bakı Dəmiryol Vağzalında təmir: qrafikdə dəyişiklik olacaq?
- İki nəfərin ölümünə səbəb olan tuneli bu şəxs tikib
- Azərbaycan Qazaxıstandan 20 dəvə aldı - Qiymət
- Bakının bəzi ərazilərində qaz olmayacaq