Tərtərdə mənşəyi məlum olmayan quş əti satışının qarşısı alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən BUTA.TV-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, H.Əliyev prospektində yerləşən Tərtər Ticarət Mərkəzi MMC-nin ərazisində Kazımov Kamran Vladik oğluna məxsus 99-RR-148 dövlət qeydiyyat nişanlı, “Gelly” markalı ağ rəngli minik avtomobilinin yük yerinə keçirilən baxış zamanı mənşəyi məlum olmayan quş ətləri aşkar olunub. Belə ki, quş ətlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, həmçinin temperatur rejiminə əməl edilmədən və kənd toyuğu adı altında satışının həyata keçirildiyi müəyyən edilib.
Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub və məhsullar qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
- Ramiz Mehdiyevin atası da vətənə xəyanət edib?
- Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?
- Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var
- Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat
- Paşinyan Azərbaycanla sərhəddə
- Yevgeni Belousov Bakıdan Moskvaya uçdu
- Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı
- Bu, Zəfərin mühüm strateji mərhələsi idi