Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 232 nəfər müalicə olunaraq sağalıb, hazırda 321 aktiv xəstə var. Bu günə qədər 10 009 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 846, bu günə qədər isə ümumilikdə 7 436 506 test icra olunub.
- Polyakların Ukrayna ilə bağlı fikirləri niyə dəyişdi?
- Köçəryanın oğlu həbs edildi
- İrəvan KTMT-dən çıxsa, həssas vəziyyətə düşəcək - Nahapetyan
- Budanov açıqladı: Ukraynanın ən çox ehtiyac duyduğu...
- Ukrayna müharibədə tədricən uduzur - Fedorov
- Şok: MKİ direktoru Putinə xəbərdarlıq etmək üçün gəlib!
- Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu
- “Sabah” bu rekordlara imza atdı